Bütün ailə ilə Antalyada tətil - uşaqlar üçün pulsuz!

2 böyük və 2 uşaq qonaqlamalarında hər iki uşaq otelə ödənişsiz qəbul olunur.

BERRY HOTELS SORGUN (HİGH CHD DISCOUNT ROOM)
CENGER BEACH RESORT (CHD FRİENDLY ROOM)
JUJU PREMIER PALACE ( DELUXE ROOM )
SELECTUM FAMILY RESORT BELEK ( NATURE ROOM )
SIDE WEST PARK ( STANDARD ROOM )
SUSESI LUXURY RESORT ( DELUXE LAND VIEW,DELUXE SEA SIDE )
LOCEANICA BEACH RESORT HOTEL (MAINBUILDING STANDARD ROOM)

Ətraflı məlumat üçün zəhmət olmasa əlaqə saxlayardınız.
❗ Rezervasiya etmək üçün tələsin! Yerlər məhduddur!



Baxış sayı: 119

Bitmə tarixi: Məlum deyil

Bütün növ təkliflər BURADA

Silk Row Travel

Silk Row Travel - Azərbaycan bazarında aparıcı turizm şirkətidir. 2008-ci ildə fəaliyyətə başlamışdır və hal-hazırda Milli aviadaşıyıcı olan “Azərbaycan Hava Yolları” QSC-nin əsas agentidir. Azərbaycana reyslər yerinə yetirən bütün aviaşirkətlərlə agent müqaviləsi bağlamış “Silk Row Travel” hava daşımaları satışının təşkili sahəsində aparıcı mövqelərə malikdir. Bundan əlavə, “Silk Row Travel” şirkətinin həm Azərbaycanda, həm də başqa ölkələrdə öz nümayəndəlikləri və satış məntəqələri var. "Silk Row Travel" şirkəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) akkreditasiyasından keçmiş və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO 9001 : 2015) sertifikatını almış çoxprofilli turizm təşkilatıdır və eyni zamanda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvüdür.

Hər il “Silk Row Travel” 10-15 min turistin xaricə səfərini təşkil edir və, təbii ki, xaricdən bir o qədər qonaq qəbul edir. Bununla da şirkət təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, hava limanında xüsusi qarşılama xidməti, “sürətli keçid”, portye xidməti, ölkədaxili və ölkəxarici hava limanlarında VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi və hava limanına çatdırılma, viza dəstəyi, alpinizm, sağlamlaşdırıcı turizm, ovçuluq və balıqçılıq da daxil olmaqla, müxtəlif istirahət növləri üzrə turpaketlərin formalaşdırılmasını yüksək peşəkarlıqla təmin edir.

Onlayn sistemlərdən istifadə edən “Silk Row Travel” Azərbaycan üzrə turist marşrutları paketini formalaşdıraraq, bu gün tur operator kimi fəaliyyət göstərir. Digər şirkətlərin də turizm məhsullarının dünya bazarına çıxışına şərait yaradır. “Silk Row Travel”ın yaratdığı onlayn bronlaşdırma və turizm xidmətlərinin göstərilməsi üzrə texnologiyalara əsasən, şirkətin müştəriləri İnternet vasitəsi ilə onları ən çox maraqlandıran marşrutu seçə, otel, təyyarə reysi sifariş edə, avtomobil icarəyə götürə bilərlər. Həmçinin qeyd etmək istərdik ki, bu kimi xidmətlərin sayı davamlı şəkildə mütəxəssislərimiz tərəfindən artırılaraq müştərilərin xidmət profilinə əlavə edilməkdədir.

Hal-hazırda “Silk Row Travel” şirkəti müştərilərinə həm Avstriya, İtaliya, Fransa, Yunanıstan, Türkiyə, İspaniya, BƏƏ, Hindistan, İsveçrəyə klassik turlar, həm də Bali adası, Keniya, Sentoza, Mavriki, Qoa kimi ekzotik yerlərə səfərlər təklif etməyə hazırdır. Macarıstan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Çexiyanın sanatoriya və kurortları “Silk Row Travel” şirkətinin müştəriləri tərəfindən xüsusi rəğbətlə qarşılanır.

Ünvan
84 Nizami küçəsi

Əlaqə
📱 WhatsApp: +994 55 255 2883
☎️ Nömrə: +994 12 493 8653

Bütün növ təkliflər BURADA