45 TDI :
Mühərrik: 3.0L TFSI , 249 a.g.
Maksimal Sürət: 226 km/saat.
0-100 km/saat sürətlənmə: 7.1 san.
Bitmə tarixi: Məlum deyil
İkinci Dünya Müharibəsindən sonra, şirkət DKW ətrafında məhsullarını təqdim etməyə çalışdı. Ancaq iki çəkişli mühərriki o qədər məşhur ola bilmədi. Sentyabr 1965-də Audi təkrar bir çıxış edərək 72 at gücü olan 4 qapılı sedanını bazara təqdim etdi, dünyanın ən müasir mühərriklərindən biri ilə 1980-ci ildə bazara təqdim edilən məşhur "Quattro" modeli, İngilis istehsalçı Jensenin 1966-cı ildə buraxdığı FF modelindən bəri dünyada ilk dəfə çıxarılan 4x4 avtomobilidir. Bu model 5 silindrli turbo motorlu, kupe tipli bir idman avtomobil idi. Ayrıca bu modellə birlikdə Audi rallilərə qatılaraq yarışlarda 4x4 sistemini istifadə edərək ralli tarixində yeni bir cığır açdı. Audi bu irəliləyişlə texnologiyada zirvəyə çıxdı (Bu texnologiya daha sonra dünyanın dərhal bütün avtomobil şirkətləri tərəfindən istifadə edilmişdir).
Audi 80 modeli ilə birgə, bütün modellər "quattro" xüsusiyyətini qazandı. Audi 80 1986-cı ildə "baba avtomobili" imicinə sahib olsa da 1991-ci ildə edilən makiyaj işiylə unudulmaz dizaynla bazara təqdim edildi. Bu model bazara bomba kimi düşdü və olduqca yaxşı satış rəqəmlərinə nail oldu.
İnkişaf edən texnologiya ilə, Audi dünyanın ən inkişaf etmiş mühərrikini istifadə etməyə başladı. 1995-də S4 modelində istifadə edilən 4x4 mühərriki bu dövrə damğasını vurdu.
1994-də də dünyanın tamamilə alüminiumdan düzəldilmiş ilk seriyalı istehsal avtomobili olan A8 modelini təqdim edən Audi, bu modeli ilə alüminium uzaq xəttlərinə çatmış oldu. 90-cı illərin ortasında yeni silsilələrini bazara sürən Audi dünyanın ən keyfiyyətli avtomobilləri arasında yerini tutdu.
Audi 2000-ci ildən etibarən yarış dünyasının ən çətin və prestijli yarışlarından biri - 24 saatlıq Le Mans yarışının 4 dəfə qalibi oldu.
Ünvan
Babək pr. 43A
Əlaqə
(050) 570 00 77