Hazır təhvili davam edən «Star Life Residence»in binalarında sonuncu 4 otaqlı mənzillərin alışında 5%-ə qədər endirimlər əldə etmək mümkündür.
Belə ki, daxili kredit şərtləri ilə 1 ilədək ilkin ödənişdən asılı olaraq 1.5% və ya 3%, nağd alışla isə 5% endirimlərlə mənzilə sahib ola bilərsiniz.
Bitmə tarixi: Məlum deyil
Müasir memarlıq nümunəsi olan “Star Life Residence“ yaşayış kompleksi Türkiyənin “Aral Group” tikinti şirkəti tərəfindən Bakıda reallaşdırılan ən gözəl layihələrdən biridir. “Star Life Residence” müasir texnologiyalar və keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla inşa olunaraq şəhərin prestijli rayonlarından birində, “8 Noyabr” metrostansiyasından 150 m məsafədə yerləşir.
Kompleksin tikintisində beynəlxalq standartlara cavab verən materiallardan istifadə olunmuşdur. Buna misal olaraq Rusiya istehsalı “Texnonikol” daş yunu və Türkiyə brendi olan “Winsa” panorama pəncərələrini göstərmək olar.
Ümumi ərazisi 114 sot olan “Star Life Residence”in 20 sotu binalara, 94 sotu infrastruktura ayrılmışdır.
Sakinlərin rahatlığı üçün kompleksdə yük və sərnişin liftləri, 2 mərtəbəli yeraltı avtodayanacaq və zirzəmi sahəsi, yeraltı dayanacaqlardan liftlərə çıxış, 2 mərtəbəli qeyri-yaşayış sahəsi inşa olunur.
Həmçinin sakinlərin istirahəti üçün kompleks ərazisində uşaq meydançası, futbol və basketbol meydançaları, 2 ədəd qapalı üzgüçülük hovuzu (qadın və kişi ayrı), türk hamamı, fitnes və spa mərkəzləri yerləşəcək.
Ünvan
Nəsimi ray. Salamzadə küç.31
Əlaqə
+994(50)-235-10-08